RusAzeri

Reseptlərə Abunə Ol




Tasty.az
Karbonara spagettisi (İtaliya mətbəxi) PDF faylını al Çap E-poçt
Baxış sayı: 1008
İtaliya mətbəxi

Karbonara spagettisi (İtaliya mətbəxi)

Karbonara spagettisi (İtaliya mətbəxi)

Tələb olunan ərzaqlar:
spagetti - 250 qr.
kərə yağı - 20 qr.
sarımsaq - 2 diş
qırmızı soğan - 1 baş
bekon - 50 qr. (nazik uzun doğranmış ətlə əvəz edə bilərsiniz)
qaymaq (20%) - 200 ml
sürtgəcdən keçirilmiş parmezan pendiri - 50 qr.
yumurta - 4 ədəd
duz, istiot - zövqə görə

Hazırlanma qaydası:
1. Böyük qazana su töküb spagettini al-dente halına kimi bişirin. Bunun üçün spagettini alovdan hazırlanma qaydasında göstərilən vaxtdan 1 dəqiqə tez götürün.

2. Pasta bişənə kimi tavada yağı əridib xırda-xırda doğranmış soğanı, sarımsağı və bekonu (əti) bişirin. Yumşalana və sarımsaqla ətin iyi gələnə kimi qızardın.

3. Tavanı alovdan götürün, dərin qabda 4 yumurta sarısını qaymaqla və sürtgəcdən keçirilmiş parmezan pendiri ilə çalın. Duz-istiot vurub yenidən çalın.
4. Hazır spagettiyə soğan və sarımsaqla qızardılmış ət hissələrini qatın. Üstündən qaymaqlı, pendirli qatışığı töküb qarışdırın. Üzərinə təzə sürtgəcdən keçirilmiş pendir və istiot səpib süfrəyə verin.

Nuş olsun!

Не забудьте добавлять комментарии.

Add comment


Security code
Refresh

 
top